"Metrodan istifadə edənlərin sayında əsaslı azalma var"- Bəxtiyar Məmmədov  

13:33 24.03.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Hal-hazırda adi iş rejimində, yəni əvvəlki qayda ilə çalışırıq.

Bunu hafta.az-a Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Qurumun sözçüsü bildirib ki, keçən ilin bayram dövrü ilə müqayisədə builki bayram dövrü çərçivəsində metroda sıxlıq azalıb, sərnişinlərin sayında azalma müşahidə olunub:

"Bu da təbii prosesdir. Çünki həm koronavirus təhlükəsi, həm də əcnəbi vətəndaşların gəlməsinə qoyulan məhdudiyyətlər, eləcə də rayon qeydiyyatlı vətəndaşlarımızın Bakıya gəlməsinə qoyulan qadağalar metrodan istifadə etmələrin sayını azaldıb. Nazirlər Kabinetinin dünənki tövsiyyəsində də bildirilir ki, vətəndaşlar metrodan az istifadə etsinlər. Əvəzində isə yeni açılan marşrut xətlərindən istifadəyə üstünlük versinlər. Alternativ vasitələr yaradılır".